SİYASƏT


Siyasi Sənədlər Arxivində ümummilli lider Heydər Əliyevin xatirəsi yad olunub

Dekabrın 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “İki əsrin şahidi, iki əsrin lideri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirinin iştirakçıları əvvəlcə qurumun foyesində Ulu Öndərin ömür yolunu əks etdirən sərgi ilə tanış olub, büstü önünə gül dəstələri düzüblər.