İQTİSADİYYAT


Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 880 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur. Keçən il dekabrın 11-dək 222 min 748 ton pambıq yığılmışdı.