Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil
12.12.2019 [12:00]
Xəbərin mətni
Azərbaycan-Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini qeyd edib ki, bu cür hadisələr adətən sərhəd xidmətləri arasında görüşlər vasitəsilə həll olunur. Bu, dövlətlərarası səviyyədə həll ediləsi məsələ deyil.