SİYASƏT


Ümummilli lider Heydər Əliyevin xatirəsi Pekində də yad edilib

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin əməkdaşlarının, Pekində yaşayan azərbaycanlıların, Çinin ali təhsil ocaqlarında təhsil alan tələbələrimizin iştirak etdikləri tədbirdə əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.