“Admiral Kuznetsov” kreyserində baş vermiş yanğın nəticəsində 12 nəfər yaralanıb
12.12.2019 [19:08]
Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğın nəticəsində 12 nəfər yaralanıb, 3 nəfər itkin düşüb. Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus olan və Murmanskda təmirə dayanmış gəmidə yanğın dekabrın 12-də səhər saatlarında baş verib. Hadisənin qaynaq işləri zamanı qığılcımın yerə tökülmüş mazutun üstünə düşməsi nəticəsində baş verdiyi ehtimal olunur.