SİYASƏT


Azərbaycanın bugünkü sabitliyi və inkişafı Ümummilli Liderin müdrik siyasətinin nəticəsidir

1980-ci illərin sonunda Azərbaycanda hakimiyyətdə Heydər Əliyev olsa idi, ölkə Dağlıq Qarabağ münaqişəsi ilə üzləşməzdi. 1987-ci ildə Mixail Qorbaçov tərəfindən böyük siyasətçi Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması ermənilərin əl-qolunu açdı və onlar ölkəmizə qarşı hərbi təcavüzə başladılar. Ermənistanda yaşayan azərbaycanlılara qarşı terror aktları törədildi, soydaşlarımıza qarşı etnik təmizləmə aparıldı. 250 mindən çox azərbaycanlı Ermənistandan öz doğma yurdlarından didərgin salındı.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizin Fransadakı səfirliyi və UNESKO yanındakı daimi nümayəndəliyimizin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş anım mərasimində səfir Rəhman Mustafayev söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır