İQTİSADİYYAT


Yanvar-oktyabr aylarında idxal və ixrac olunan məhsulların həcmi açıqlanıb

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, şəkər 45,6 faiz, tütün 1,8 dəfə, meyvə və tərəvəz şirələri 30,6 faiz, çay 7,1 faiz, meyvə və tərəvəz konservləri 2,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 42,2 faiz, pambıq lifi 52,4 faiz, emal olunmamış alüminium 29,1 faiz, polietilen 10,1 faiz, pambıq ipliyi 34,9 faiz, bentonit gili 12,9 faiz artıb.