RƏSMİ


Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayevanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Ali Məclis Senatının sədri Tanzila Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Qeyd etdi ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.