İQTİSADİYYAT


Qubanın Dəvədabanı yaşayış massivinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonunun Dəvədabanı yaşayış massivinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 605 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün 33 min 515 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.