TürkPA-nın 9-cu Bakı iclası başa çatıb – Azərbaycan təşkilatda sədrliyə başlayıb
18.12.2019 [19:51]
Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının 9-cu iclası işini başa çatdırıb. Təşkilata sədrlik Türkiyədən Azərbaycana keçib.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin rəhbərlərinin iştirak etdiyi iclasda bir sıra sənədlər, o cümlədən turizm və qeyri-maddi mədəni irsin qorunması haqqında model qanunlar təsdiqlənib.