DÜNYA


Daşkənd metrosunda baş verən qəza nəticəsində ölənlərin sayı altıya çatıb

Daşkənd metrosunun tikilməkdə olan Yunusabad xəttində baş verən uçqun nəticəsində ölənlərin sayı altıya çatıb. Qəzaya səbəb son günlər yağan leysan yağışlarıdır. Qəza nəticəsində 250 kvadratmetr sahə uçub və fəhlələr də məhz bu sahədə torpaq altında qalıb.