DÜNYA


Moskvada odlu silahdan atəş açan şəxsin kimliyi məlum olub

Dekabrın 19-da Moskvanın Bolşaya Lyubyanka küçəsində odlu silahdan atəş açan şəxsin kimliyi məlum olub.
AZƏRTAC xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yerləşdiyi küçədə atəş açan şəxsin 39 yaşlı Yevgeni Manyurov olduğu müəyyənləşib. Onun Moskva ətrafındakı evindən xeyli sayda silah aşkar edilib.
Xatırladaq ki, hadisə dekabrın 19-da axşam Moskvanın mərkəzində baş verib. Atışma nəticədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir əməkdaşı həlak olub, beş nəfər, o cümlədən bir mülki şəxs və FTX-nin dörd əməkdaşı yaralanıb.