DÜNYA


Putin Paşinyanı pərt elədi

Sankt Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında maraqlı anlar yaşanıb. AZƏRTAC xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı üzv ölkələrin rəhbərləri, eləcə də Moldovanın prezidenti İvan Dodonu və Ali Avrasiya İqtisadi Şurasının fəxri sədri Nursultan Nazarbayevi salamladıqdan sonra ev sahibi qismində iştirak edən Rusiya prezidentinə söz vermək əvəzinə sənədlərin imzalanmasına keçməyi təklif edib. Protokolu kobud şəkildə pozan erməni nazir daha sonra söz təklif etsə də Putin çıxışdan imtina edib.