İQTİSADİYYAT


Bitki və heyvan mənşəli piy və yağların ixracı artıb

Bu ilin 11 ayında 16,3 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, qeyd olunan dövrdə ixrac edilən bitki və heyvan mənşəli piy və yağların dəyəri 16,2 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə 14,8 milyon dollarlıq 15,3 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac olunub.