Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyada təyyarə yanan mühərriklə eniş edib

21.12.2019 [17:46]

Yaponiyanın Fukuoka şəhərinin hava limanında “Boeing 767” təyyarəsi yanan mühərriklə eniş etməli olub.
Fukuokadan Tokioya hərəkət edən təyyarənin mühərriki havada yanmağa başlayıb. Təyyarə havaya qalxdıqdan bir saat sonra geri qayıtmalı olub. Eniş uğurla baş tutub.