CƏMİYYƏT


Sabah bölgələrdə qar yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 12-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.