DÜNYA


Ağ Evin qarşısında “Milli Milad yolkası” ucaldılıb

ABŞ-da keçirilən Milad və Yeni il bayramları ilə əlaqədar, Ağ Evin qarşısında yerləşən Ellips parkında “Milli Milad yolkası” ucaldılıb.
AZƏRTAC xəbər verir ki, ilk dəfə Ağ Evin qarşısında “Milli Milad yolkası”nın əkmək təşəbbüsünü ABŞ-ın 30-cu Prezidenti Kalvin Kulicin (1923-1929) həyat yoldaşı –Qreys Kulic irəli sürüb. 1923-cü ilin noyabrından başlayaraq Ağ Evin qarşısında hündür yolkanın bəzədilməsi ABŞ Administrasiyasının ənənəsinə çevrilib. 1954-cü ildən etibarən hər il hündürlüyü 15 metr olan əsas yolkanın ətrafında onlarca kiçik yolkalar əkilir. Bunlar ABŞ-ın 50 ştatının, Kolumbiya dairəsinin və ölkənin hüdudlarından kənarda ABŞ ərazilərinin rəmzidir.