İQTİSADİYYAT


Sahibkarlarla “İxracatçılara dəstək layihəsi”nə dair müzakirələr aparılıb

Dekabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Qida Təhlükəsizliyi Agentliyi, İİTKM, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə baş tutub.