CƏMİYYƏT


Dekabr ayında hava anomal isti keçir

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva müsahibəsində deyib. Onun sözlərinə görə, qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir. Havanın orta temperaturu çoxillik normadan 3-4 dərəcə yuxarıdır. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir.