İQTİSADİYYAT


Xırdalan şəhərinin yol infrastrukturu yenilənir

Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq kompleks tədbirlərin icrasına başlanılıb. Əsaslı təmir işləri Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan 5100 metr uzunluğa malik Heydər Əliyev prospektində aparılır.