İQTİSADİYYAT


Vüsal Qasımlı: Cari ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb

2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.