DÜNYA


Türkiyənin ilk elektromobili

Türkiyə istehsalı olan ilk elektromobilin təqdimatı keçirilib. Təqdimatda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edib. Avtomobilə TOGG (Türkiye'nin Otomobili Girişim Grubu) adı verilib. Türkiyənin ilk elektromobilinin istehsalı üzrə layihənin investisiyası 13 il ərzində 22 milyard dollar təşkil edəcək. “Türk avtomobilləri” təşəbbüs qrupu ildə beş modeldən ibarət 175 min avtomobil istehsal etməyi planlaşdırır. Dövlət 2035-ci il dekabrın 31-dək 30 min elektromobil almaq niyyətindədir.

 

Anadolu Ajansı