DÜNYA


330 il su altında qalan gəmi eksponat oldu - Stokholmdakı “Vasa” muzeyi

Stokholmdakı “Vasa” muzeyi bir sıra amillərə görə məşhurdur. Bu muzeyin əsas eksponatı 1628-ci ildə kral II Qustav Adolfun göstərişi ilə inşa edilmiş və İsveç donanmasına məxsus olmuş iri döyüş gəmisidir. Bundan əlavə, muzeyə gələnlər 11 daimi sərgidə həmin gəminin inşa edilməsi, gəmidə işləyənlərin məişəti, gəminin batması, 330 ildən sonra onun aşkar edilməsi və su altından qaldırılması barədə məlumat alırlar.