Rusiyanın tanınmış siyasətçiləri Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik ediblər
30.12.2019 [17:12]
Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 30 ili tamam olur.
Rusiyanın tanınmış siyasətçiləri Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik ediblər. Təbrik edənlər arasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, TASS İnformasiya Agentliyinin baş redaktorunun I müavini Mixail Qusman və başqaları var.