CƏMİYYƏT


Həm ərəb ölkələri, həm də Rusiyadan təkliflər var - Biləsuvarda intensiv meyvə bağı salınıb REPORTAJ

Taxılçılıq və pambıqçılıq rayonu kimi tanınan Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılıq da inkişaf etdirilir. Dörd il əvvəl salınan müasir meyvə bağlarından ötən mövsüm 1000 tondan çox məhsul yığılaraq bazara çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Biləsuvarın Zəhmətabad kəndində 8 hektardan çox ərazidə salınan intensiv meyvə bağlarında növbəti mövsümdə də məhsuldarlığın yüksək olması planlaşdırılır. Payız fəslində bağlardan bol məhsul toplanılıb. Hazırda isə ağaclara qış qulluğu edilir.