CƏMİYYƏT


Cəlilabadlı üzümçülər bağlarda qış qulluğuna başlayıblar 

Bu il bağlardan 20 min tona yaxın məhsul toplayan cəlilabadlı üzümçülər hazırda qış qulluğuna başlayıblar. Bol məhsul üçün əsas təməl sayılan quru budama işləri fevral ayınadək davam edəcək.
AZƏRTAC xəbər verir ki, ötən mövsüm Cəlilabadda texniki və süfrə üzüm sortlarından orta məhsuldarlıq 180-200 sentner olub. Bəzi bağlarda hətta 300-400 sentnerə qədər məhsul toplanıb.