DÜNYA
Çində dünyanın ən böyük buz və qar festivallarından biri keçirilir
06.01.2020 [14:03]
Xəbərin mətni
Çinin şimal-şərqindəki Xeyluncian vilayətinin inzibati mərkəzi olan Xarbin şəhərində 36-cı beynəlxalq buz və qar festivalı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, festival çərşivəsində təxminən 400 tədbir, o cümlədən buzdan və qardan düzəldilən fiqurların sərgi və müsabiqəsi, donmuş Sonqxua çayında üzgüçülük turniri daxil olmaqla, müxtəlif yarışlar təşkil olunur.