DÜNYA


Avstraliyadakı meşə yanğınından heyvanların xilas olunması anı

Avstraliyadakı meşə yanğınında köməksiz halda qalan heyvanların könüllülər tərəfindən xilas edilməsi internetdə sürətlə yayılaraq bütün dünyanın diqqətini buraya cəlb edib. Xarici mətbuatın yaydığı məlumata görə, son bir neçə gündə Avstraliyada baş verən yanğında milyonlarla heyvan və bitki məhv olub. Təkcə 25000 koalanın yanaraq öldüyü bildirilir. Yanğının söndürülməsində minlərlə könüllü iştirak edir.