DÜNYA
Yanğınların tüğyan etdiyi Avstraliyada yağışlı havalar başlayıb
07.01.2020 [11:55]
Avstraliyada oktyabrın ortalarından başlayan yanğınların masştabı son günlərdə daha da genişlənib.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, ölkədə yanğınlar başlayandan bəri 7 milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər və yüz milyonlarla heyvan ölüb, 17 nəfər itkin düşüb. Nəhayət, bu gündən başlayaraq ölkə ərazisinə yağış yağmağa başlayıb. Belə ki, ölkənin cənub-şərq sahillərində yağış yağıb və bu, yanğınsöndürənlərin yanğınla mübarizədəki işini bir qədər asanlaşdırıb. Amma Yeni Cənubi Uels və Viktoriya ştatlarında hələ də 170-ə yaxın yanğın ocağı qalmaqdadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
06.06.2023 [16:37]
06.06.2023 [15:40]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]