DÜNYA


“Tesla”nın Çindəki zavodunda istehsal olunan ilk avtomobillər müştərilərə təqdim edilib

ABŞ-ın elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı “Tesla”nın Şanxay şəhərindəki zavodunda yığılan ilk avtomobillər ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, düz bir il əvvəl - 2019-cu il yanvarın 7-də təməli qoyulmuş zavodda istehsal olunan “Model 3” markalı avtomobillərini ilk 10 müştəriyə şirkətin idarə heyətinin sədri İlon Mask təqdim edib.