DÜNYA


Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

Avstraliyada kütləvi meşə yanğınları nəticəsində 1 milyarddan çox heyvan ölüb. Bu barədə hesabatı Sidney Universitetinin mətbuat xidməti yayıb. Hesabatda deyilir ki, Yeni Cənubi Uelsdəki meşə yanğınlarında ölən heyvanların sayına aid daha əvvəlki hesablamaları, itkilərin 480 milyondan 800 milyona qədər olduğu nəzərə alınaraq yenidən yoxlanıldı.
Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya şöbəsi, Kris Dikman tərəfindən edilən araşdırmaya əsasən, ölkə boyunca 8.4 milyon hektar meşə sahəsini məhv edən yanğınlarda ölən heyvanların sayını 1,25 milyard səviyyəsində qiymətləndirir.

Video: Sinxua