DÜNYA


Avstraliyadakı yanğınların yeni görüntüləri yayıldı
Xilasedicilər: Sabah bundan da pis gün olacaq

Avstraliyada tüğyan edən meşə yanğınlarının yeni görüntüləri yayılıb.
AZƏRTAC “ABC News”a istinadən xəbər verir ki, yerli yanğınsöndürənlər, ölkənin Yeni Cənubi Uelsin ştatının Tumbarumba bölgəsində alovlarla mübarizəni davam etdirirlər. Yanğınla bağlı proqnozlar heç də ürəkaçan deyil. Belə ki, xilasetmə qrupunun üzvləri sabah bundan pis gün ola biləcəyi, proqnozunu veriblər.