DÜNYA


"LUKOİL"un neft emalı zavodunda yanğın: 1 nəfər yaralandı

Komidə, "LUKOİL"un neft emalı zavodunda yanğın olub.
Bu barədə məlumatı "RİA Novosti" yayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Uxtadakı "Lukoil" neft emalı zavodundakı yanğın sahəsinin minlərlə kvadratmetrə çatdığını və bir nəfərin yaralandığını bildirib. Məlumatda deyilir ki, yanğın dizel hidroizolyasiya qurğusunun alovlanması nəticəsində baş verib. Hazırda 48 nəfər və 15 ədəd texnika yanğına qarşı mübarizəyə cəlb olunub.