SİYASƏT


Mərkəzi Seçki Komissiyasında bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı iclas keçirilib

Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki,iclasda bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun, azad, ədalətli və şəffaf şəkildə keçirilərək ölkəmizin tarixinə əlamətdar hadisələrdən biri kimi yazıldığı qeyd olunub. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşıldığı bildirilib.