SİYASƏT


MSK sədri: Parlament seçkilərində iştirak etmək üçün 934 namizəd qeydə alınıb

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. Müraciət edənlərin 2354 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib. Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1764 nəfəri imza vərəqələrini qaytarıb, 934 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb.