DÜNYA


Dünyanın ikinci soyuq paytaxtı - Nur-Sultan

Nur-Sultan son 30 ildə tam 4 dəfə ad dəyişikliyinə məruz qalan dünyanın ən gənc və 2-ci ən soyuq paytaxt şəhəridir.
Köhnə adları ilə Çelinoqrad, Akmola, Astana və nəhayət, Nur-Sultan Qazaxıstanın paytaxtı və Almatıdan sonra ikinci ən böyük şəhəridir. 1997-ci ildən ölkənin paytaxtı statusunu qazanan və qısa müddətlə sürətlə böyüyərək əhalisi 1 milyonu keçən Nur-Sultan qış aylarında isə kəskin şaxtaları ilə tanınır.