DÜNYA


Filippin şəhəri vulkan külü altında qaldı

Filippində Taal vulkanı püskürüb. Vulkan külü 15 km hündürlüyə qədər qalxıb. Yaxınlıqdakı şəhərlər isə külün altında qalıb. Ən çox ziyan çəkən isə Batangas vilayətinin Talisay şəhəri olub.  

Filippin hakimiyyəti Taal vulkanı ilə əlaqədar Batanqas əyalətində 3 yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlayıb.

Vulkan püskürməsi nəticəsində tüstünün 15000 metr yüksəkliyə qalxdığı, vulkan külünün isə Manilaya çatdığı bildirilir. Yanvarın 13-də səhər vulkandan lavanın axdığı da qeyd edilir. Nəticədə Manila Beynəlxalq Aeroportundan həmin günə təyin edilmiş 240 aviareys təxirə salınıb.