Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avstraliyada yanğından zərər çəkən heyvanlara helikopterlərdən tərəvəz atılır

13.01.2020 [18:51]

Bir neçə aydır meşə yanğınlarının tüğyan etdiyi Avstraliyada heyvanlar yanğında məhv olduqları kimi, aclıqla da imtahana çəkilirlər. Belə ki, yanmış təbiətdə qidalanmaq üçün bir şey olmadığından yanğından qurtulan heyvanların qidalarını - yerkökü və şirin kartofu havadan helikopterlərdən atırlar. Yerli mətbuat bu günədək heyvanlara on minlərlə ton tərəvəz atıldığını bildirir.