Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Çində yol çökməsi nəticəsində itkin düşənlərdən altısının cəsədi tapılıb

14.01.2020 [10:56]

Xəbərin mətni

Çinin Çinxay vilayətində avtomobil yolunun çökməsi nəticəsində itkin düşmüş hesab olunanlardan 6 nəfərinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də axşamüstü Sinin şəhərinin əsas küçələrindən biri olan Nandaciedə baş verən hadisə zamanı marşrut avtobusu aşaraq iri dəliyə düşüb və ardınca partlayış baş verib. Dərhal əraziyə xilasedicilər, təcili yardım briqadaları cəlb olunub.