İQTİSADİYYAT


Neftçalada bu il də taxıl sahələrindən bol məhsul gözlənilir

Neftçalada fərdi fermer təsərrüfatlarında taxıl əkini artıq başa çatıb. Ötənilki məhsuldarlıqdan razı qalan təsərrüfat sahibləri bu il taxıl sahələrindən daha çox məhsul götürmək niyyətindədirlər. Qeyd edək ki, ötən il Neftçalada 39 min 386 hektar sahədə taxıl əkini aparılıb. Bunun 31404 hektarını arpa, 7982 hektarını isə buğda sahəsi təşkil edib. Sahələrdən, ümumilikdə, 111 min 603 ton məhsul yığılıb.