İQTİSADİYYAT


Ötən il pambıq lifi və ipliyinin ixracı artıb

2019-cu ildə Azərbaycandan 89,7 min ton pambıq lifi və 12,8 min ton pambıq ipliyi ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 123,9 milyon, pambıq ipliyinin dəyəri isə 30,1 milyon ABŞ dolları olub.