DÜNYA


ABŞ-da sərnişin təyyarəsi yanacağı məktəbin üstünə tökdü: 60 nəfər xəsarət aldı

ABŞ-da sərnişin təyyarəsi ibtidai məktəb ərazisinə aviasiya yanacağı töküb.
AZƏRTAC “BBC”-ə istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhəri yaxınlığında baş verib.
Şanxaya uçan təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra dispetçerlərə mexaniki nasazlıq haqqında xəbər verib. Təcili hava limanına qayıdan təyyarənin pilotu yanacağın havada boşaltmalı olub.
Nəticədə yüksək oktanlı aviasiya yanacağı insanların və tikililərin üstünə tökülüb. Uşaq da daxil olmaqla, 60 nəfər xəsarət alıb.