Romada Azərbaycanla İtaliyanın iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib
15.01.2020 [15:30]
Xəbərin mətni
Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında çıxış edən Energetika naziri Pərviz Şahbazov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə münasibətlərinin uğurla inkişaf etdiyini deyib.