İQTİSADİYYAT


Bibiheybət yolunda tikinti-bərpa işləri davam etdirilir

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən davam etdirilir.

Tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat nəticəsində, həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, AAYDA-nın və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır. Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub.