DÜNYA


Çin ilk 5G peykini orbitə çıxarıb

Çinin “GalaxySpace” şirkətinə məxsus ilk özəl 5G peyki orbitə çıxarılıb.

Çəkisi 200 kiloqram olan peyki Yerin aşağı orbitinə bərk yanacaqla işləyən “Kuaizhou 1A” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Qobi səhrasındakı Cuiçuan kosmodromundan yanvarın 16-da yerli vaxtla saat 11:02-də (Bakı vaxtı ilə 07:02) baş tutub.