İQTİSADİYYAT


SOCAR-ın ekologiya üzrə vitse-prezidenti “Metan Prinsipləri Təşəbbüsü”nün Londonda keçirilən tədbirində iştirak edib

Yanvarın 16-da London şəhərində BP, ENİ, Equinor, ExxonMobil, Shell, Total və Wintershall şirkətlərinin təşəbbüsü ilə başladılmış “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” təşəbbüsünə qoşulan tərəflərin növbəti görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə təmsil edib.
Görüşün əsas məqsədi üzv şirkətlər tərəfindən ötən il ərzində görülmüş işlər və qarşıda duran perspektivlərin müzakirəsi olub.