İQTİSADİYYAT


Binəqədi rayonunda 5 qəsəbədə 30 km küçə və yol təmir edilir

Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən və 28 May qəsəbələri ərazisində ümumi uzunluğu 30 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kvadratmetrə yaxındır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Bu, Biləcəri qəsəbəsi üzrə T.Yaqubov, Vidadi, İ.Kərimov və M.S.Ordubadi küçələri, Nurlu yaşayış massivi döngə 1, Rəsulzadə qəsəbəsi üzrə H.Hacıbababəyov və İ.Hacıyev küçələri, Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsi, Xocasən-Binəqədi yolu 5-ci döngə, Baksol yaşayış massivi Daşqınlar küçəsinin 10 döngəsi, Xocasən qəsəbəsi üzrə R.Allahverdiyev küçəsi və döngələri, Gülüstan küçəsi döngə 15 və Anadolu küçəsidir.