İQTİSADİYYAT


Şəmkirdə 3 istiqamət üzrə 32.9 km uzunluğunda yol yenidən qurulub

Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.

Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayaramlı avtomobil yolunun Şəmkir-Zəyəm-Düyərli hissəsində III texniki dərəcəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü mexanizmlə sökülüb daşınıb, yolun texniki parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılıb, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilib, düyərli kəndinin içərisində və yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 288 paqon-metr metal və dəmir-beton borular quraşdırılıb.