Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçən il 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib

18.01.2020 [22:52]

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən məhsulların dəyəri 18,4 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2018-ci ildə ölkədən 16,8 milyon dollarlıq 17,3 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.