RƏSMİ


“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini, bunun xüsusilə şəffaflığın və hesabatlılığın artırılması hesabına vergi və gömrük orqanlarının topladığı büdcə gəlirlərində özünü göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğuladı.